Milli Məclisin komitə iclasında deputatlar təhsil sahəsini tənqid ediblər
"Bu gün təhsil sahəsində ciddi problemlər var. Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir".
azxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin aprelin 28-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, təhsil sahəsindəki proseslər çox ləng gedir: "Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu da qanunvericiliklə əsaslandırırlar. Ali təhsilin keyfiyyətində də ciddi probemlər var. Diplomu veririk, bir müddətdən sonra da deyirik ki, sizin diplomunuza güvənmirik və onları sertifikasiya edərək biliklərini yenidən yoxlayırıq".
Deputat Etibar Əliyev çıxışında ali təhsil müəssisələrində dərsliklərin çatışmadığını və nəşrlərin tərcüməsi üçün vəsait ayrılmadığına diqqət çəkib: "Yeni peşələrin atlası hazırlanmalıdır. Kosmetik dəyişikliklərlə hansı mütəxəssisləri hazırlaya bilərik?! Bu gün əmək bazarının tələblərinə uyğun olan kadr hazırlanmasında problemlər var".
Komitə sədri Bəxtiyar Əliyev deputatın dərsliklərlə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti dərslik müəlliflərinə pul ayırır və lazımi dərsliklər pulsuz çap olunur.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu