Milli Olimpiya Komitəsi tərəfdaşları ilə memorandum imzaladı - FOTO

Milli Olimpiya Komitəsi tərəfdaşları ilə memorandum imzaladı - FOTOAzərbaycan Respublikası Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, respublikanın idman ictimaiyyətinin tanınmış simaları, tərəfdaşlar və media mənsubları iştirak edib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamın mühüm idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib. MOK vitse-prezidenti bu əməkdaşlığın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq idman və Olimpizmin təbliğatını daha da geniş miqyasda həyata keçirməyə imkan verəcəyini də xüsusi olaraq vurğulayıb: "Olimpiya Oyunları təkcə idman hadisəsi deyil. Bu qədər ölkəni bir araya toplayan, bəlkə də yeganə dünya miqyasında hadisədir. Olimpiya təşkilatçılığı 2 əsas sütun üzərində dayanır: könüllülər və tərəfdaşlar. Bunlar olmasa, biz nə İslam, nə də Avropa oyunlarını belə yüksək səviyyədə təşkil edə bilməzdik. Bu gün razılaşma imzalayacağımız məğrur tərəfdaşlarımız arasında həm də Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı var. Məğrur tərəfdaşlarımız Azərbaycanda xüsusi nüfuza malik qurumlardır".
"Azercell"in prezidenti Vahid Mürsəliyev bildirib ki, Olimpiya Oyunlarında çıxış edən idmançılar hərtərəfli şəkildə dəstəklənəcək: "Ümid edirik ki, bayrağımız təkcə açılış və bağlanış mərasimlərində deyil, həm də müxtəlif idman növləri üzrə mükafatlandırmalarda dalğalanacaq. Şirkətimiz təkcə biznes fəaliyyəti məşğul deyil, eyni zamanda, ölkəmizin sosial həyatında müəyyən dəstəklər verir. Böyük sosial layihələr təşkil edirik. İndi isə nə xoş ki, biz MOK-un tərəfdaşı kimi çıxış edirik".
"Toyota Qafqaz" MMC-nin direktoru Rəşad Saracov bildirib ki, təmsilçisi olduğu şirkət MOK-a dəstək verməkdən qürur duyur: "Tarix boyunca "Toyota" mümkünsüzlük stereotipi əsasında çalışıb və bu stereotipi qırıb. Olimpiya idmançılarımıza da bu prinsip xasdır. Şirkətimiz Olimpiya Oyunlarına böyük hazırlıq aparır və oyunlar zamanı "Hər kəs üçün mobillik" layihəsini həyata keçirməyə hazırlaşır".
"Go Sport"un rəsmi təmsilçisi Səbinə Qazı-zadə nümayəndəsi olduğu distribütorun idman və istirahətin təbliği etdiyini bildirib. Bu çərçivədə Olimpiya Oyunları zamanı iştirakçı idmançıların komfortunun təmin olunmasına dəstək verəcəklərini vurğulayıb.
Gənclər və İdman naziri Azad Rəhimov biznesin idmana dəstəyini yüksək dəyərləndirib: "Təəssüf ki, idmanımız tarixində biznesdən çox dəstək görməmişik. Lakin bu gün bu məğrur tərəfdaşların idmana dəstəkdə maraqlı olması bizi sevindirir. Olimpiya Oyunları bizimçün hesabat xarakteri daşıyır. Federasiya və idmançıların son 4 il ərzində nə işlər gördüyünə, necə hazırlaşdığına şahid olacağıq".
MOK Marketinq Şöbəsinin rəhbəri Mehman Kərimov imzalanan memorandumların əsas vəzifələrini sadalayıb: "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunlarını təbliğ etmək, oyunlarda Azərbaycanı təmsil edəcək Milli Olimpiya və Paralimpiya komandasını tanıtmaq, ulduz idmançılar və səfirlər vasitəsilə Olimpiya və Paralimpiya hərəkatını, dəyərlərini təşviq etmək, Milli Olimpiya Komitəsinə və iştirakçı federasiyalar sosial şəbəkələrdən istifadə sahəsində texniki dəstək göstərmək və MOK-un sosial şəbəkələrdə fəaliyyətini gücləndirmək memorandumların qarşısında duran əsas vəzifələrdir".
Tədbirin sonunda əməkdaşlığa dair memorandumları Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Vahid Mürsəliyev, "Toyota Qafqaz" MMC-nin direktoru Rəşad Saracov və "Go Sport" brendinin rəsmi təmsilçisi - "Blue Planet Distribution" MMC-nin direktoru Səbinə Qazı-zadə imzalayıb.
İmzalanmış sənədlərə əsasən hər üç tərəfdaş şirkət 2 il ərzində - 2021-ci ilin sonunadək Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşları kimi çıxış edəcəklər. Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir.
Qeyd edək ki, XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul-9 avqust 2020-ci il tarixində keçiriləcək.
Zümrüd /publika.az

İdman       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər sonxeber.az valyuta mezenesi xəbər.az