Milli satqınların tribunası - Söz azadlığına qarşı çirkin planlar reallaşmayacaq

Milli satqınların tribunası - Söz azadlığına qarşı çirkin planlar reallaşmayacaqBu gün cərəyan edən hadisələrin əksəriyyəti informasiya üzərində qurulub. İctimai-siyasi hadisələrin sürətlə dəyişdiyi dünyada informasiya siyasəti önəmli yerlərdən birini tutur. Eyni zamanda informasiyaların dəqiqliyi, operativliyi də hadisələrin inkişafına təsir edən amillərdəndir. Azad mətbuatın bu məsələdə ciddi rolu var. İnternet resurslarının açdığı yeni imkanlar isə informasiyanın dərhal yayılması üçün əla vasitədir.
Bu gün Azərbaycanda fikir və söz azadlığının təbliği üçün heç bir məhdudiyyətin olmaması, sosial şəbəkələr üzərindən qurulan informasiya mübadiləsinə verilən sərbəstlik ölkəmizdə fikir və söz azadlığının təbliği üçün geniş imkanlar açır. İnternetin geniş imkanlarından faydalanan yüz minlələrlə insan müxtəlif sosial platformaların iştirakçısı olmaqla bərabər sosial medianın da bir hissəsinə çevrilib. Məsələ burasındadır ki, yüz minlərlə insanı əhatə edən internet resurslarında paylaşılan məlumatlar, yayılan informasiyalar əksər hallarda həqiqəti əks etdirməsə də, insanlar öz fikirlərini ifadə etməkdə azaddırlar. Demokratik cəmiyətlərə xas olan fikir azadlığına Azərbaycanda geniş meydan verilməsi ölkəmizin dünyəvi dəyərlərə hörmət etməsiylə bağlıdır. Azərbaycan demokratik ölkədir və insanların da öz fikirlərini azad ifadə etmək imkanları qorunur. Ayrı-ayrı xəbər portallarında, sosial mediada Azərbaycan vətəndaşlarının öz fikirlərini sərbəst ifadə etməsi də buna sübutdur.
1998-ci il iyunun 18-də senzuranın ləğvi yeni mərhələnin əsasını qoyub. Məhz 25 il əvvəl Heydər Əliyevin sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair "Dövlət Proqramı", həmin il avqustun 6-da isə "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman söz, mətbuat və fikir azadlıqlarının təminatında önəmli rol oynayıb. Dövlətin mətbuat üzərində nəzarətinə son qoymaq üçün 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Beləliklə, mətbuatın daha da səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bununla da azad söz, sərbəst fikir, plüralizim yeni inkişaf yoluna qədəm qoyub. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanının fəaliyyəti 25 il əvvəl təməli qoyulan sağlam bazanın üzərində möhkəmlənib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb.
1995-ci ildə ilk dəfə proporsional üsulla demokratik parlament seçkiləri keçirildi, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edildi. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.
Azərbaycanda fikir və söz azadlığının verdiyi imkanlardan istifadə edib cəmiyyəti qıcıqlandıran, milli dəyərlərimizə zidd olan, insanlar arasında narazılıq yaradan video materalların çəkilib tirajlanması cəmiyyətin haqlı narazılığına səbəb olur. Söz və fikir azadlığı adı altında baş verən bu cür hallar cəmiyyətdə birmənalı qarşılanmır. Deməli, demokratiyanın yaratığı imkanlardan öz şəxsi mənafeyi üçün istifadə qaydalarının və cəmiyyətdə yanlış fikir formalaşdırmaq cəhdlərinin söz və fikir azadlığına, plüralizmə aidiyyatı yoxdur.
Bəzən internet resurslarından xarici ölkələrin kəşfiyyat orqanlarına "işləyən" bəzi "milli satqınlar" tribuna kimi istifadə edir və öz çirkin niyyətlərini həyata keçirməyə səy göstərirlər. Fikir və söz azadlığının imkanlarından istifadə edən bu cür yaramazlar öz mənafelərini dövlətin mənafeyindən üstün tutaraq Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Dövlətə xəyanət edən satqınların həbsini isə əksər vaxtlarda beynəlxalq təşkilatlar Azərbaycanda söz və fikir azadlıqlarının pozulması kimi təqdim edir. Deməli, bu cür satqınların xaricdəki tərəfdarları onları məhz "demokratiya silahı" ilə müdafiə etməyi düşünür. Ona görə də söz və məlumat azadlığının geniş imkanlarından qanunların imkan verdiyi dərəcədə istifadə edilməlidir. Əks halda cəmiyyətin deqradasiyası başlayır.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.
Milli satqınların tribunası - Söz azadlığına qarşı çirkin planlar reallaşmayacaq

Siyasi       Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber son.xeber son xeberler bu gun son xeberler bugun