Millimiz dünya çempionatını iki medalla başa vurdu

Millimiz dünya çempionatını iki medalla başa vurduİordaniyanın paytaxtı Əmmanda keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.
Azərbaycan Güləş Federasiyasından KONKRET.az-a verilən məlumata görə, həftəsonu dörd yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
İlkin Qurbanov (60 kq) debütdə ermənistanlı Suren Ağayanyana "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. İ.Qurbanov əvvəlcə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gəlib. İlkin daha sonra gürcüstanlı Anri Xozrevanidzeylə gərgin keçən qarşılaşmada sevinən tərəf olub – 4:2. Həmyerlimiz qırğızıstanlı Emirlan Duişenaliyevi də 3:1 hesabı ilə üstələyərək dünya çempionatının bürünc medalını qazanıb.
Kənan Abdullazadə (67 kq) ilk mərhələdə hindistanlı Umeş Umeşə 4:2 hesabıyla qalib gəlsə də, misirli Mustafa Alameldinə uduzub – 5:7. Rəqibin finaladək irəliləməsi güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı verib. Abdullazadə ilk təsəlliverici görüşdə xorvatiyalı Luka İvançiçi vaxtından əvvəl (9:0) xalçadan məyus yola salsa da, növbəti qarşılaşmada türkiyəli Azat Sarıyara minimal fərqlə (4:5) məğlub olub.
Ruslan Nurullayev (72 kq) 1/8 finalda iranlı Seyidməhəmmədmehdi Miriyə sonuncu xal prinsipinə əsasən (1:1) uduzub.
İsmayıl Rzayev (82 kq) startda ukraynalı İvan Xmirlə bacarmayıb – 1:6.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Fərid Sadıxlı (55 kq) dünya ikincisi olub.

İdman       Tarix: 21 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

UEFA reytinqi: Azərbaycan İsrailə çatdı

Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.  bildirir ki, ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı il

UEFA-dan Gəncə stadionu ilə bağlı QƏRAR

Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. AFFA-dan bildirilib ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönl

"Neftçi" "Sabah"ı belə təbrik etdi – FOTO

"Neftçi" futbol klubu "Sabah"ı tarixi uğur münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, "Neftçi"nin sosial şəbəkə hesablarında paylaşım edilərək "Sabah"ın UEFA Çempionlar Liqasını

Messinin 10 nömrəsi ona verilə bilər

Ulduz futbolçu Lionel Messinin millidəki karyerasını başa vurmasından sonra Argentina millisində əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza geyinə bilər. ESPN-ə istinadla xəbər verir ki, millinin baş məşqçisi Lionel Skalon

"Qarabağ"dan növbəti transfer

"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Ros

Formula 1: yeni tribuna quraşdırıldı

Yubiley Formula 1 "Azərbaycan Qran Prisi" üçün yeni tribuna quraşdırılıb. xəbər verir ki, Formula 1 "Qatar Airways Azərbaycan Qran-Prisi" 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlər

Messidən möhtəşəm poker – 4 qolla tarix yazdı

ABŞ Major Liqasında (MLS) "İnter Mayami" doğma meydanda "Monreal"ı 7:1 hesabı ilə məğlub edib. xəbər verir ki, qarşılaşmada 39 yaşlı argentinalı hücumçu Lionel Messi 40, 52, 83 və ikinci hissəyə əlav

Messi milli komandadakı karyerasını başa vurub

Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb. xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğun

Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək

Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Şimal" ev oyunlarını Şamaxıda qəbul edəcək. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionund


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri beynelxalq bank mezenne valyuta cəbhədən son vəziyyət