Millinin baş məşqçisi: "Səhvlərimiz məğlubiyyətə səbəb oldu"
"Birinci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan etdi və ardıcıl 2 qol vurduq, hesabda üstünlük qazandıq. Passivimizdə cərimələrimiz çox idi. Buna görə oyunçulara tempi aşağı salmalarını tapşırdım".
KONKRET.az xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün Gürcüstan komandası ilə keçirilmiş oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
"Fasilədə oyunçularıma "səliqəli oynayın, səhvə yol verməyin" dedim və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını bildirdim. Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu. Rəqibimiz də yaxşı oynadı", – baş məqşçi deyib.
Joze Alesio Da Silva qeyd edib ki, şanslar hələ bitməyib: "Düzdür, vacib oyunda uduzduq, amma qarşıda daha iki oyunumuz var. Məşqlərdə səhvlərimiz üzərində işləyəcəyik. Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır.
Sona qədər mübarizə aparacağıq. Əlbəttə, hər şey təkcə bizdən asılı deyil. Gürcüstanla Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Əgər Gürcüstan millisi həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq".

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ