Miri Yusifin "Üzbəüz"ü trend oldu
İyul ayında konsert verməyə hazırlaşan Xalq artisti Miri Yusifin "Üzbəüz" layihəsi maraq yaratmağa davam edir.
azxeber.com xəbər verir ki, musiqisi özünə, sözləri Orxan Abbasov və Emin Məmmədova məxsus "Üzbəüz" qısa zamanda trendlərdə yer alıb.
"Üzbəüz" paylaşıldığı ilk gündən etibarən böyük maraq doğurub və qısa zamanda viral olub. Yüzlərlə sosial şəbəkə istifadəçisi mahnının nəqarəti ilə müxtəlif videolar hazırlayaraq paylaşır.
Süni intellektlə hazırlanmış layihə sənətçinin rəsmi YouTube kanalında və bütün əsas musiqi platformalarında yayımlanıb. Klip real hadisələr əsasında çəkilib və ssenarinin müəllifi də Miri Yusifdir. Ekran işində diqqətçəkən məqamlardan biri baş rolda Xalq artistinin oğlu Mir Hüseynin simasından istifadə olunmasıdır. Bu yanaşma layihəyə həm emosional, həm də texnoloji baxımdan fərqli çalar qatıb.
Bəstənin aranjemanı Kazım Can tərəfindən hazırlanıb. Layihənin süni intellekt üzrə direktoru isə Müseyib Qasımovdur.
Qeyd edək ki, Miri Yusif iyulun 3-4-5 tarixlərində Yaşıl Teatrda konsert verəcək.

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək