Misli Premyer Liqada 2 oyun keçiriləcək
Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
KONKRET.az xəbər verir ki, günün ilk görüşündə "Turan Tovuz" "Səbail"i sınağa çəkəcək. Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.
"Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 15 xala malik "Səbail" isə sonuncu – onuncudur.
Günün digər görüşündə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da çalınacaq.
Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, 21 xalı olan "Sumqayıt" isə altıncı yerdə qərarlaşıblar.
Misli Premyer Liqası
III dövrə, XXI tur
1 fevral
16:00. "Turan Tovuz" – "Səbail"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu.
18:30. "Sumqayıt" – "Araz-Naxçıvan"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq