Mixaylo vətənini TƏHDİD edən Mixaillərin biri də FƏRLİ çıxmadı, yoxsa sifariş Kremldəndir? - ŞƏRH

Mixaylo vətənini TƏHDİD edən Mixaillərin biri də FƏRLİ çıxmadı, yoxsa sifariş Kremldəndir? - ŞƏRHXatırladaq ki, Mixaylo – Mehdi Hüseynzadə Hitler Almaniyasının qorxulu röyasına çevrilmiş partizanlardan olub. O zamankı SSRİ, indiki Rusiya da belə şəxsiyyətlərin xatirəsinin əbədiləşdirməli, onların doğulduğu şəhərə – Bakıya qəhrəman şəhəri adını verməsələr də, müqəddəs bir yer kimi baxmasalar da, hörmətlə yanaşmağa borcludurlar. Amma biz nə görürük? Mixayloya həsəd apararaq boya-başa çatan Mixailllər patriotların, haqq döyüşçülərinin vətənini hədələməkdən qalmırlar.
KONKRET.az xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov dekabrın 13-də geniş auditoriyaya audiomüraciətində "Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını" bildirib. Barəsində beynəlxalq axtarış elan edilib.
Xatırlayırsınızsa, martın 29-da Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin də İNTERPOL vasitəsilə beynəlxalq axtarışa verilmişdi. Qeyd edək ki, o da efir vasitəsilə Azərbaycanı təhdid etmişdi.
Bəs bu Mixaillər niyə belə çərənləyirlər?
– Onlara Rusiyanın erməni oliqarxları tərəfindən iri məbləğdə pul ayrılır;
– Onlar belə təhdid səsləndirmək sifarişini Kremldən alırlar.
İlk versiyanın təhlilinə ondan başlayaq ki, şimal qonşumuzda rusların bəslədiyi ermənilər, hayların da saxladığı slavyanlar az deyil. Sübut kimi müəyyən nüansları nəzərinizə çatdırıram:
a) Rusiya mediasının çox hissəsi ermənilərin kontrolundadır;
b) Rusiya XİN rəhbəri Lavrovun erməni mənşəli olması barədə təkzib olunmayan söhbətlər gəzir;
c) Putinin yaşıl işığı ilə varlanan Vardanyan Qarabağdakı separatçılara "nazir" göndərilib.
Bununla Rusiya lideri gerçək gəlirlərini rus xalqından gizlətmiş olur və istədiyi məbləği oliqarxlardan alır. Həmin erməni milyarderlərin digər vəzifəsi alimlik, deputat maaşı ilə dolanan rusların xidmətlərindən qonarar hesabına yararlanmaqdır. Kartof-kələmlə dolanan rus ekspertlər kürü yemək üçün müxtəlif məkanlarda Azərbaycan doğrularını kürüyüb, əvəzində erməni yalanlarını səpirlər. Və buna görə ermənilərdən ianə alırlar.
İkinci versiyanın təhlilinə ondan başlayaq ki, Rusiya istilaçı və işğalçı dövlət imici qazanıb. Bu xislətini Ukraynada baş verənlər fonunda daha da möhkəmləndirib. Ona görə də, Kreml öz siyasətini sivil aspektdən göstərməyə çalışır və Kiyev xaric, bütün beynəlxalq ismarıcları hüquqi dildə səsləndirir. Bircə Bakının Ukraynaya humanitar yardımına təəccüblənməkləri yersiz idi və Azərbaycana aid coğrafi adları ermənicə saxta toponimlərdə qeyd etməklərinin bəhanəsi əsassızdır. Yəni bu məqamlarda onların qəsbkarlıqlarının iyi burun deşir. Sadəcə, bəzən notaları rəsmi ultimatuma çevirə bilmədikləri üçün müxtəlif tulalarını fitləyib hürdürürlər. Hər iki Mixailin Kreml sifarişi ilə çalışdığına elementar sübut:
– Mixail Aleksandrov Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktorudur;
– Mixail Delyaqin Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavinidir.
Rusiyada belə mühüm postların savad, yaxud seçki vasitəsilə kimə gəldi nəsib olmadığını bilirsiniz. Elə isə özümüzü aldatmayaq. Moskvadakı Mixaillər Bakını hədələyirsə, deməli, tezislər Kremldən göndərilib. Rusiyada bu təhdidlər təkcə Azərbaycana təzyiq mənasında yox, ermənilərin Putin sevgisini qorumaq niyyətilə də səsləndirilə bilər.
Sonda başa qayıdaq, daha doğrusu, başlıqdakı "Mixaillərin biri də fərli çıxmadı"nı aydınlaşdıraq ki, burada söhbət Delyaqin və Aleksandrovdan gedir. Yəni Mixaillərin hamısına aid deyil, Mişaların hamısı özünə götürməsin. Yoxsa azərbaycanlı deputat Zabelinin də adı Mixaildir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 20 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün qurban bayrami 2026 xeber saytlari sonxəbər