MKİ rəhbəri: "Tayvanda müharibə riski artacaq"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, cari onillikdə Tayvan üzərində silahlı münaqişə riski artacaq.
KONKRET.azxəbər verir ki, o, bu barədə PBS telekanalına müsahibəsində deyib.
MKİ direktoru qeyd edib ki, Çin rəhbərliyi silahlı qüvvələri 2027-ci ilə qədər müharibəyə başlamağa hazırlayır.
"Ona görə də düşünürəm ki, bu onillikdə hərbi münaqişə riski artacaq", – Börns bildirib.
Qeyd edək ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin Çin onu ölkənin ayrılmaz hissəsi hesab edir və xarici ölkələri "vahid Çin" siyasətinə əməl etməyə çağırır. ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək ÇXR ilə əlaqələr qurub. Vaşinqton "vahid Çin" siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah verir. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də adaya səfərindən sonra bölgədə gərginlik ciddi şəkildə artıb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür