Moldovada altı telekanalın yayımı DAYANDIRILDI
Moldovanın altı telekanalının lisenziyası fövqəladə vəziyyət müddətində dayandırılıb.
KONKRET.az"Kommersant"a istinadən xəbər verir ki, hökumət bu qərarı dezinformasiya riskinin qarşısının alınması, o cümlədən Ukraynadakı hadisələrin düzgün işıqlandırılmaması ilə izah edib.
Bildirilib ki, "Moldovada Birinci", "RTR Moldova", "Accent TV", "NTV Moldova", "TV6", "Orhei TV" üçün media lisenziyaları dayandırılıb.
Məlumata görə, onların bəziləri ABŞ və Böyük Britaniyanın sanksiya siyahısına daxil edilmiş müxalif "Şor" Partiyasının lideri İlan Şora məxsusdur. Bu KİV-lərin bəziləri Rusiya telekanallarının proqramlarını təkrar yayımlayır.
Moldova Prezidenti Maya Sandu 6 telekanalın lisenziyasının dayandırılmasını alqışlayıb:
"Milli informasiya məkanının qorunması beynəlxalq sanksiyalara məruz qalan insanlar tərəfindən başlanmış sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması üçün mühüm addımdır".
Qeyd edək ki, Maya Sandu yayda informasiya məkanının mühafizəsi haqqında qanun imzalayıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür