Moskva görüşündə bu sənəd imzalanacaq - İDDİA
Ermənistan mediası Moskva görüşü ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
KONKRET.az xəbər verir ki, "Hraparak" nəşrinin yaydığı məlumata görə, bu gün Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyanın paytaxtında keçiriləcək görüşündə ərazi bütövlüyünün tanınması ilə bağlı protokol imzalanacaq.
"Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər, üstəlik, əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə olaraq, sənədin ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır", – nəşr bildirib.
Sözügedən sənədin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
Onu da bildirək ki, Ermənistanın baş naziri bu yaxınlarda keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqlarını bəyan edib. Paşinyan Ermənistanın tanıdığı 86.600 kvadrat kilometr Azərbaycan ərazisinə Qarabağ və anklavların da daxil olduğunu bildirib.
"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır", – Paşinyan ölkə gündəmini silkələyən açıqlamasında deyib./Modern.az

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək