Moskvada üzərinə ağac düşən kişi həyatını itirdi - VİDEO
Moskvada ağacın adamların üzərinə aşması anı müşahidə kamerasına düşüb.
KONKRET.az xəbər verir ki, İyulun 10-da axşam saatlarında Moskvanın qərbindəki Ukrainski bulvarında bir nəfərin üzərinə ağac aşıb və o, yerindəcə dünyasını dəyişib.
Paytaxt prokurorluğundan verilən məlumata görə, hüquq-mühafizə orqanları faciə ilə bağlı araşdırmalara başlayıb.
Adamın üzərinə düşən ağac müşahidə kamerasına düşüb. Kadrlarda onun ağacdan bir neçə metr aralıda oturaraq telefona baxdığı görünür. Külək ağacı kökündən qoparır və birbaşa adamın üstünə atır.
Xatırladaq ki, bu gün Moskvada şiddətli yağış, şimşək və ildırım çaxması ilə müşayiət olunan güclü qasırğa olub. Sakinlərdən evlərini tərk etməməyə çağırılıb. Moskva meri Sergey Sobyanin pis hava şəraiti səbəbindən bir nəfərin öldüyünü, on nəfərin yaralandığını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu