Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana çağırış etdi
"Son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub".
KONKRET.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib: "Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır".
M.Çavuşoğlu, həmçinin Tehrana çağırış edib: "Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil".
Xidmetler [newsid: 0-123300]

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı
İki britaniyalı alim az qala kosmosa uçacaqdı – 1862-ci ildə ölüm-dirim mübarizəsi
Gəncədə 32 yaşlı şəxs güllələndi
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?
Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO