Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcəkTƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir.
Bu məqsədlə Yeni Klinika və Respublika Pediatriya Mərkəzində bakteriyaların sürətli və yüksək dəqiqliklə identifikasiyasını təmin edən müasir "MALDI-TOF MS" (Matrix-Assisted Laser Desorption/Ionization Time-of-Flight Mass Spectrometry) texnologiyası istifadəyə verilib.
Klinik mikrobiologiya sahəsində son illərin ən mühüm texnoloji yeniliklərindən biri hesab olunan "MALDI-TOF MS" sistemi mikroorqanizmlərin zülal profilini analiz edərək onların növ tərkibini qısa müddətdə müəyyən etməyə imkan yaradır. "MALDI-TOF MS" texnologiyası əldə edilmiş mikroorqanizm koloniyalarının identifikasiyasını 1-3 dəqiqə ərzində həyata keçirməyə imkan verir.
Sürətli və dəqiq diaqnostika xüsusilə ağır, kritik vəziyyətdə olan xəstələrdə infeksiyanın törədicisinin vaxtında müəyyənləşdirilməsinə, həkimlərin daha düzgün və məqsədyönlü antibiotik seçimi etməsinə şərait yaradır. Eyni zamanda yüksək həssaslıq və spesifiklik göstəriciləri laborator nəticələrin etibarlılığını artıraraq səhv ehtimalını minimuma endirir.
"MALDI-TOF MS" texnologiyasının tətbiqi laboratoriyalarda iş proseslərinin optimallaşdırılmasına, iş yükünün azaldılmasına, xərclərin səmərəli idarə olunmasına və nəticələrin standartlaşdırılmasına da mühüm töhfə verir. Məhz bu üstünlüklərinə görə sözügedən texnologiya dünyanın aparıcı klinik laboratoriyalarında geniş tətbiq olunur və müasir mikrobioloji diaqnostikanın "qızıl" standartlarından biri hesab edilir.
Yeni Klinika və Respublika Pediatriya Mərkəzində "MALDI-TOF MS" texnologiyasının tətbiqi infeksion xəstəliklərin laborator diaqnostikasının sürətini və dəqiqliyini artırmaqla yanaşı, pasiyentlərə vaxtında və effektiv müalicənin göstərilməsinə, eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək. / azxeber.com

Sosial       Tarix: 24 iyun 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeber.az cəbhədən xəbərlər son xeberler bugun