Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər
2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənilir.
azxeber.com xəbər verir ki, modern.az gözlənilən yeniliklərlə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.
O qeyd edib ki, gözləntilər arasında ən vacibi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır:
"Yaxın günlərdə müəllimlərin əmək haqqının artırılması istiqamətində addımlar atılmalıdır. Hazırda ölkədə orta aylıq müəllim maaşı 500-600 manat təşkil edir. Bu rəqəm müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalı və 2025-ci ildə minimum 800 manata çatdırılmalıdır".
Ekspet bildirir ki, digər gözlənti müəlimlərin sertifikasiya imtahanları ilə bağlıdır. "Bilirsiz ki 2022-ci ildən başlayan bu proses ökədə orta məktəblərin inkişafına xüsusilə töhvə verir. 2025-ci ildə bir sıra digər fənlər üzrə də sertifikasiya imtahanları olacaq"- deyə Kamran Əsədov qeyd edib.
Bu il məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndiriləcəyi də gözlənilir. Kamran Əsədov bildirir ki, "Ölkəmizdə 30 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunurdusa, bu il bu istiqamətdə biz xoş rəqəmləri görə biləcəyik".
Azərbaycanın ali təhsil müəssisələrinin bu ilin iyul ayında yeni reytinqinin açıqlanması da yeni gözləntilər sırasındadır. Ekspert qeyd etdi ki, indiyə qədər açıqlanan ümumi reytinqlər deyil, sadəcə müxtəlif sahələr üzrə hesablamalar idi.
Bu il qəbul plan yerlərində də artım olacaq. Xüsusilə Qarabağ Universitetində qəbul yerlərinin artması gözlənilir.
Həmçinin Kamran Əsədov bildirir ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri ən azı 60 mindən yuxarı olacaq.
"Bu təhsilin əlçatanlığına kifayət qədər müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu