Mühüm gəlişmə: Azərbaycanda dollar kəskin ucuzlaşır? – 1,60 manat…

Mühüm gəlişmə: Azərbaycanda dollar kəskin ucuzlaşır? – 1,60 manat…Neft qiymətlərinin artması fonunda Azərbaycan iqtisadiyyatında canlanma gözlənilir. Neft gəlirlərinin çoxalması ölkəyə daha çox valyuta daxil olmasına zəmin yaradır ki, bu da manatın möhkəmlənməsinə təsir edə bilər. Bu vəziyyət valyuta bazarında yeni gözləntilər yaradır və manatın məzənnəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Ötən gün bəzi banklarda dolların məzənnəsinin dəyişdiyi, manat qarşısında cüzi ucuzlaşdığı qeyd olunur.
Maraqlıdır ki, artıq bəzi ölkələrdə dollar ucuzlaşıb. Belə ki, Qazaxıstanda tenqe dollar qarşısında dəyər qazanıb.
İndiki şəraitdə manatın məzənnəsini azad buraxmaq mümkündürmü? Ümumiyyətlə, manatın bahalaşması nə qədər realdır?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, neft qiymətlərinin artması Azərbaycanda valyuta daxilolmalarını artırır, tədiyyə balansını yaxşılaşdırır və büdcəyə əlavə transfer imkanları yaradır:
"Nəzəri cəhətdən ölkəyə daxil olan vəsaitlərin artması fonunda proses uzunmüddətli və davamlı xarakter alsa, bu, manatın məzənnəsinə də müsbət təsir göstərə bilər. Lakin məlumdur ki, bizdə manatın məzənnəsi daha çox Mərkəzi Bank tərəfindən inzibati üsulla tənzimlənir".
İqtisadçı qeyd edib ki, manatın sabit saxlanmasının əsas məqsədlərinə baxdıqda burada bir neçə mühüm amil ön plana çıxır:
"İlk növbədə, ölkənin iqtisadi strukturunda ixracın böyük hissəsinin neftdən asılı olması, qeyri-neft sektorunun hələ tam rəqabətqabiliyyətli olmaması, eləcə də idxalın yüksək paya malik olması və ümumi ticarət balansında idxaldan asılılığın qalması diqqət çəkir. Bu amillər öz növbəsində ciddi valyuta tələbi formalaşdırır. Mərkəzi Bankın statistikasının göstərdiyi kimi, dollarlaşma səviyyəsində ötən illə müqayisədə müəyyən azalma müşahidə olunsa da, əhali və biznes subyektləri arasında dollarlaşmaya meyl hələ də qalmaqdadır".
E.Kərimlinin fikrincə, Qazaxıstan nümunəsi ilə müqayisədə də müəyyən fərqlər mövcuddur:
"Belə ki, Qazaxıstanda məzənnə daha çox dalğalıdır, inflyasiya Azərbaycandan yüksəkdir və kapital bazarları daha açıqdır. Bu şəraitdə tenqenin möhkəmlənməsi də əsasən xarici amillərdən, o cümlədən dünya neft qiymətlərinin dinamikasından asılı olur. Əlbəttə, neft qiymətlərinin uzunmüddətli yüksək səviyyədə qalması müəyyən məzənnə möhkəmlənməsi ehtimalını yarada bilər. Lakin manatın əhəmiyyətli dərəcədə bahalaşmasının nə qədər real olması sual doğurur. Qeyd etdiyim kimi, neftin bahalaşması manatı gücləndirə bilər, amma Mərkəzi Bank buna tam şəkildə imkan verməyəcək. Çünki manatın bahalaşması qeyri-neft ixracını zəiflədir, idxalı isə artırır və eyni zamanda "Hollandiya sindromu" riskini gücləndirir".
E.Kərimli bildirib ki, neft qiymətləri uzun müddət yüksək səviyyədə qalsa, daha real ssenari kimi yumşaq məzənnə siyasətinə keçid mümkün görünür:
"Bu isə o deməkdir ki, məzənnə ilə bağlı bəzi parametrlər genişləndirilə bilər. Məsələn, dollar üzrə müəyyən edilmiş faiz və ya hədd intervalının artırılması mümkündür. Hazırda mövcud olan məhdudiyyətlərin daha geniş diapazona keçirilməsi mümkündür. Şərti olaraq desək, dolların minimum və maksimum satış hədləri, məsələn, 1.60-1.80 manat intervalında tənzimlənə bilər. Belə bir yumşalma məzənnənin daha çevik olmasına, iqtisadi reallıqları daha dolğun əks etdirməsinə şərait yaradar. Əgər neft qiymətləri uzun müddət yüksək səviyyədə qalsa, bu cür simvolik dəyişikliklər üçün uyğun zaman yaranar və bu, iqtisadiyyatda müəyyən balanslaşmaya da töhfə verər".
İqtisadçı əlavə edib ki, hazırkı şəraitdə manatın tam sərbəst buraxılması real görünmür:
"Neftin bahalaşmasına baxmayaraq, manatın ciddi şəkildə möhkəmlənməsi ehtimalı məhduddur. Ən real ssenari isə hələlik idarə olunan sabit məzənnə siyasətinin davam etdirilməsi, paralel olaraq valyuta ehtiyatlarının artması və məzənnə ilə bağlı parametrlərin tədricən, ehtiyatlı şəkildə yumşaldılmasıdır".

Sosial       Tarix: 07 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. Hadisə işə gedən zaman baş verib. /

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər enson xeberler son xabar xəbər az