Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi

Mülki missiya, yoxsa müharibəni tətikləyən Avropa İttifaqı Ermənistandakı müşahidə missiayasının mandatını uzatmaqla regionda gərginliyin qorunub saxlanılmasında maraqlı olduğunu göstərir. İki il əvvəl şərti sərhədə gətirilən Avropa müşahidəçiləri əllərində binokl vasitəsilə Azərbaycan tərəfə boylanmaqla məşğuldurlar. Müşahidəçi adı altında əsasən Fransa və Almaniyanın casus şəbəkəsinin bölgəyə yerləşməsi Qərbin maraqlarına uyğun həyata keçirilib. Üstəlik, Avropaya heç bir aidiyyatı olmayan Kanadanın da Ermənistana müşahidəçi göndərməsi, kollektiv Qərbin anti-Azrəbaycan ritorikasından xəbər verir.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a açıqlamasında bildirib ki, bütün bunlar siyasi ineksiya daşıyan məsələdir:
Mülki missiya, yoxsa müharibəni tətikləyən "Birincisi missiyanın fəaliyyəti hələ də lazımi şəkildə təşkil olunmayıb. Problem ondan ibarətdir ki, missiya Ermənistan ərazisində fəaliyyət göstərməlidir. Sual yaranır, Ermənistanın ərazisi hardadır və onun konkret sərhədləri haradan keçir? Bütün bunlar hamısı danışıqlar predmetidir. Azərbaycan isə qəti şəkildə bildirir ki, sizin Ermənistanda hansısa fəaliyyətlə məşğul olmağınız öz işinizdir. Amma gəlib ermənilərin təsiri altında "bura Ermənistan sərhədidir", deməyə ixtiyarınız yoxdur. Çünki iki ölkə arasında sərhəd müəyyən olunmayıb. Əsas problem bununla bağlıdır. Mənə elə gəlir ki, yaxın vaxtlarda bu missiyaya maraq azalacaq. Məsələ burasındadır ki, Fransanın Ermənistan siyasəti indiki mərhələdə o qədər də aktual deyil. Baxın, missiyanın tərkibində Kanadadan gələn müşahidəçilər də yer alıb. İndi Kanadanın Amerika ilə ciddi problemləri baş qaldırıb. Deməli, kanadalılar üçün bu mövzu aktuallığını itirəcək. Digər ölkələr də həmçinin bu işdən bezib geri çəkiləcəklər. Ona görə də, bu qərarlar və atılan addımlar ineksiya xarakteri daşıyır. Əminəm ki, bu missiyaya maraq qısa müddətdə səngiyəcək".
Daha sonra Zülfüqarov Aİ müşahidə missiyasının Azərbaycan sərhəddində gərginliyə səbəb ola biləcək addımlarından da danışıb:
"Onlar vaxtaşırı Azərbaycan tərəfə baxmaqla guya Ermənistana dəstək nümayiş etdirirlər. Əgər sərhəd müyyən olunmayıbsa, orada onların fəaliyyəti təhlükəsizliyə xidmət etmir. Aİ missiyasının sərhəddəki fəaliyyəti birbaşa gərginliyin artmasına xidmət edir. Azərbaycan tərəfini də bütün bunlar qane etmir və biz narazıyıq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 05 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az