Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın xristian dini icma nümayəndələri Polşaya səfər edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərliyi ilə Azərbaycanın katolik, pravoslav, protestant və Alban-udi xristian dini icmalarının nümayəndələrindən ibarət heyət Polşaya səfər edib. Səfər müddətində bir sıra görüşlər keçirilb. İlk görüş Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviç, arxiyepiskop Mixal Yanoxa ilə baş tutub. Görüş zamanı Azərbaycanın tolerantlıq və multikulturalizmə sadiqliyi, eləcə də ölkə daxilində zəngin Qafqaz alban və xristian irsi ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Varşava Milli Filarmoniyasında ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul keçirilib. Qəbulda Polşanın xarici işlər nazirinin müavini Anna Radvan-Rörenşef, Polşa Seyminin vitse-marşalı Kşıştof Bosak, bir sıra nazir müavinləri, hökumət, Seym və Senatın üzvləri, Avropa Parlamentinin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, o cümlədən Azərbaycan diasporunun təmsilçiləri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr də tədbirə qatılıblar.
Nümayəndə heyəti Varşava Böyükşəhər arxiyepiskopu, kardinal Kajimij Nıdzlə, Xristian İlahiyyat Akademiyasının dekanı Yeji Ostapçukla, Varşavanın Vola rayonundakı Pravoslav kilsəsinin baş keşişi Adam Misiyukla (Varşava arxiyepiskopu və bütün Polşanın mitropoliti Savanın adından), Polşanın dini təşkilatları və kütləvi informasiya vasitələri ilə də görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın multikulturalizm siyasəti haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində "Azərbaycanın multikultural kimliyində xristian mirası" foto sərgisinin açılışı olub. Sərginin açılışında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, sərgidə Azərbaycanda xristian inancının özünəməxsus müxtəlifliyi qeyd olunub. Burada Qarabağdakı füsunkar alban məbədlərinə xüsusi diqqət ayrılıb, onların Azərbaycanın xristian tarixində unikal yeri vurğulanıb. Sərginin açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa tərəfindən Varşava Baş yeparxiyasının köməkçi yepiskopu (müavini), Polşa Yepiskoplar Konfransının Mədəniyyət və Mədəni İrsin Mühafizəsi Şurasının sədri, yepiskop Mixal Yanoxa da çıxış ediblər. Sərgi iki həftə ərzində Varşavanın mərkəzində nümayiş olunacaq.
Polşanın Müftisi Tomaş Mişkeviçlə görüşdə Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Səfər çərçivəsində II Dünya Müharibəsi illərində Polşa Milli Ordusunda xidmət etmiş polkovnik Vəli bəy Yadigarın məzarı da ziyarət olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti







/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü