Müsabiqə başlayır: Azərbaycan məktəbliləri kosmosa poçt kartı göndərəcəklər
Azərbaycan Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın, ABŞ-nin "Blue Origin" şirkətinin, "Club for the Future" təşkilatının, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və "Azərpoçt" MMC-nin birgə həyata keçirdiyi Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsinin açılış mərasimi baş tutub. Mərasimdə iştirak edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev öz çıxışında bu müsabiqənin məktəblilər arasında sağlam rəqabət yaradacağını, onların yaradıcı potensialının və biliklərinin meydana çıxmasında vacib rol oynayacağını qeyd edib.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan məktəblilərinin kosmos və STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələrinə olan marağını artırmaq, kosmik missiyalar haqqında biliklərini genişləndirmək və ölkənin müxtəlif bölgələrindən olan məktəblilərin bu sahədə inkişaf etməsini dəstəkləmək məqsədi daşıyır. Müsabiqə Azərbaycanın bütün regionlarını, o cümlədən ucqar kənd məktəblərini əhatə edəcək və kosmik maarifləndirmə sahəsində ölkənin beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək.
Layihədə ölkə üzrə 2000 məktəbdən 200 min nəfərədək şagirdin iştirakı nəzərdə tutulur. Öncə məktəblər öz daxili müsabiqələrini keçirərək ən yaxşı poçt kartlarını seçəcək, sonra həmin kartlar Kosmik Akademiyaya göndəriləcək. Sonuncu mərhələdə seçilmiş 2000 ədəd poçt kartı raket missiyası ilə kosmosa göndəriləcək və geri qayıtdıqdan sonra "Kosmosa uçmuşdur" təsdiq möhürü ilə iştirakçılara təqdim ediləcək. Bu təşəbbüs çərçivəsində məktəblilər yaratdıqları poçt kartları ilə kosmosa mesaj göndərmək imkanı qazanacaqlar.
Qeyd edək ki, "Kosmosa poçt kartları" (Postcards to Space) "Blue Origin" şirkətinin təsis etdiyi "Club for the Future" təşkilatı tərəfindən həyata keçirilən beynəlxalq təhsil təşəbbüsüdür. Bu beynəlxalq proqram dünyanın 100-dən çox ölkəsini əhatə edir. İndiyədək 100 mindən çox poçt kartı "Blue Origin" şirkətinin "New Shepard" missiyası ilə kosmosa göndərilib və geri qaytarılıb.
Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsi "Azərkosmos"un "Blue Origin" şirkəti ilə əməkdaşlığı və beynəlxalq "Kosmosa poçt kartları" layihəsi çərçivəsində həyata keçirilir. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq