Müşavir: "Azərbaycan COP29-dan sonra ekoloji turizmi inkişaf etdirəcək

Müşavir: Müşavir: "Azərbaycan COP29-dan sonra ekoloji turizmi inkişaf etdirəcək"
"Azərbaycanda COP29 tədbirindən sonra ekoloji turizm inkişaf etdiriləcək".
"Report" xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbirdə bildirib.
"Dünyada turizm növləri arasında ekoloji turizm ilk sıradadır. Azərbaycanda COP29-dan sonra bu istiqamətdə mühüm işlər həyata keçiriləcək. İkinci yerdə çimərlik turizmi dayanır. Azərbaycanın bu sahədə böyük potensialı var. Həm Abşeronda, həm də digər Xəzəryanı regionlarda çimərlik turizmi üçün çox işlər görülməlidir. Biz "Mavi bayraq" almaq üçün təşəbbüslər göstərməliyik. Türkiyə, Yunanıstan, Fransa və İspaniyada olan çimərliklər "Mavi bayraq" alıb. Onlar təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verir. Üçüncü yerdə isə dağ xizək turizmi dayanır. Azərbaycanda bu sahədə böyük inkişaf var", - deyə M.Ağakərimov əlavə edib.
"Azərbaycanın ildə 5 milyondan çox turist qəbul etmək üçün potensialı var. Koronavirus (COVID-19) pandemiyası turizm sektoruna zərbə vurmasaydı, Azərbaycan ötən il 4 milyon turist qəbul edə bilərdi. Ölkəmizin turizm potensialı genişdir. Bu gün Azərbaycanda 800 hotel fəaliyyət göstərir. Bu da inkişaf göstəricisidir. Onların arasında dünyanın brend hotelləri də var", - deyə o qeyd edib.
2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Turizm       Tarix: 25 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi cəbhədən yeni xəbərlər azerbaycanda son xeberler meherremlik 2026