Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO
Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO
Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.
Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgard Adventures" tur-operatorunun direktoru Gülrüxsor Nurova deyib.
"Hazırda Düşənbə-Bakı arasında uçuşlar test rejimində həyata keçirilir. Reyslərin mütəmadi olması planlaşdırılır", - deyə G.Nurova bildirib.
O hesab edir ki, iki ölkə arasında əlavə reyslərin açılması xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək:
"Bundan əlavə iki ölkə arasında mövcud olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək".
Qeyd edək ki, "Somon Air" Tacikistanın milli aviadaşıyıcısıdır və Düşənbə hava limanında yerləşir. Aviaşirkət beynəlxalq sərnişin reyslərini Düşənbə və Xucənd şəhərlərindən həyata keçirir.
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi olan "Buta Airways" aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu 2023-cü ilin may ayında həyata keçirilib. Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşırdı. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hazırda iki ölkənin paytaxtı arasında birbaşa uçuşlar həyata keçirilmir.

Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var