Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb - FOTO
Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb - FOTO
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb.
Axsam.az-ın əldə etdiyi məlumata görə, aktrisa uzun müddətdir müalicə alır. Allahverdiyeva bu yaxınlarda müayinə üçün Türkiyəyə yollanıb.
Məsələ ilə bağlı açıqlama verən aktrisa durumunun yaxşı olmadığını deyib:
"Ağrılardan bezmişəm. Əsəblərim korlanıb. Hər gün ağrıkəsici ilə yaşamaq çətindir. 10 il əvvəl yıxılmışdım və ayağım zədələnmişdi. Üstünə gec düşdüm, burada isə həkimlər yalandan müalicə edib. O vaxtdan diz qapağımda ağrı var. Gördüm ki, dərman atmaqdan mədəmdə xəstəlik əmələ gəlib. Bu yaxınlarda Türkiyəyə müayinəyə getdim. Həkim dedi ki, bu dərmanları yalandan niyə atırsan? Bunun sənə heç bir xeyri yoxdur, əksinə ziyandır. Dedilər ki, problem bud hissədə olsaydı, əməliyyatla aradan qaldıra bilərdik. Dizdə olduğu üçün mümkün deyil. Tək çarəsi ayağım dondurulmalıdır. Bu isə əlillik deməkdir. Buna heç vaxt razılaşmaram. İndi çarə axtarıram. Gəldim Bakıya, yenə həkimə getdim və dərmanlar yazdılar. Ağrıkəsicilərlə yaşayıram, əsəblərim pozulub. Bütün çarələrə əl atdım, amma düzəlmir".
/ oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var