"Namaza oyaq qalmasaydım, sağ qalmaq şansım yox idi" - Futbolçu zəlzələ anından DANIŞDI
"Səhər namazını gözlədiyim üçün zəlzələni oyaq şəkildə qarşıladım".
KONKRET.az-ın "Fotomaç"a istinadən xəbərinə görə, bu sözləri Fransa mediasına açıqlamasında Türkiyənin "Hatayspor" klubunun kamerunlu futbolçusu Kevin Soni deyib.
24 yaşlı hücumçu bildirib ki, zəlzələ zamanı qorxu dolu anlar yaşayıb:
"Mən dindar insanam. Namazı saat 06:40-a gözləməli olacaqdım. Zəlzələ anında yatsaydım, həyatda qalmaq şansım yox idi. Əvvəlcə, özümü 7-ci mərtəbədən atmaq istədim. Amma bina çökmədən oradan çıxa bildim. Yanımda insanların vəfat etdiyini gördüm. Böyük travma yaşadım".
Forvard deyir ki, belə anlarda həyatda hər şeyin boş olduğunu anlayırsan:
"Hər kəs evini, maşınını buraxıb, sığınacaq üçün yer axtarır. Yaşadıqlarımız film kimi idi. Həyatıma və futbola başlayandan bəri mənə ən çox qəribə gələn, təəccübləndirən bir hadisə idi. Hələlik burada qalıb-qalmayacağımla bağlı bir qərar verməmişəm" – deyə K. Soni qeyd edib. demokrat.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi