Nani Bakıdakı çempionatda oynamaq istəyib, ancaq
Portuqaliya millisinin keçmiş futbolçusu Luiş Nani yığmasının heyətində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında oynamaq istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.
Onun sözlərinə, 38 yaşlı veteran yarımmüdafiəçi bununla bağlı Dünya Minifutbol Federasiyasına müraciət edib:
"Tərəflər arasında onlayn görüş keçirilib. Minifutbolda peşəkar oyunçular üçün müəyyən edilən limitə görə Naninin mundialda iştirakına icazə verilməyib. Bildirilib ki, keçmiş futbolçu qarşıdakı Avropa çempionatında yığmanın heyətində çıxış edə bilər".
O.Hüseynov qeyd edib ki, beynəlxalq qurum dünya miqyasında minifutbolun populyarlığını artırmaq üçün Slovakiya millisinin sabiq kapitanı Marek Hamşik, hazırda "Fənərbağça"da çıxış edən Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Cekonu da bu idman növünə cəlb etmək niyyətindədir.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?