"Nar" mobil rabitə təlimlərinə davam edir

Mobil rabitə bazarında sərfəli təklifləri və təhsilə verdiyi önəmlə tanınan "Nar", ölkədə rəqəmsal biliklərin inkişafını dəstəkləyən layihələrə davam edir.
azxeber.com xəbər verir ki, "Nar"ın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, telekommunikasiya ixtisasları üzrə təhsil alan tələbələrə davamlı olaraq "Mobil rabitənin əsasları" təlimi keçilir.
 "Nar" texniki heyətinin hazırladığı və keçdiyi bu təlim mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və tələbələrin məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Azərbaycan Texniki Universitetində (AzTU) keçilən budəfəki təlimin mövzuları mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzuları əhatə edib.
Qeyd edək ki, "Nar" Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan "Nar" mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.
"Nar"ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

İqtisadiyyat       Tarix: 31 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər en son xeberler bu gun xeber butun xeberler