"Nar" qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq
"Nar" ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri hər il olduğu kimi bu il də mükafatlandıracağını elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.
Müasir təhsildə texnologiyanın gücünə inanan "Nar" tezliklə universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və yüksək məbləğdə balansı olan xüsusi mobil nömrələrlə mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə imkanları açacaq.
"Nar" 2018-ci ildən etibarən qəbul imtahanlarında maksimum bal toplayan tələbələri mükafatlandırır. Mobil operator BMT-nin davamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir. "Nar"ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var