Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ – TƏFƏRRÜAT

Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ – TƏFƏRRÜAT25 yaşlı gənc anasını öldürməyə cəhddə təqsirləndirilərək məhkum edilib.
KONKRET.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Ayaz 1981-ci il təvəllüdlü anası Könülü (adlar şərti verilib – red.) bıçaqlayaraq öldürmək istəyib.
Belə ki, Könül hadisədən bir il əvvəl yaşadıqları evi tərk edib və başqa bir ünvanda məskunlaşıb.
Qadının bu addımı atmasına səbəb isə oğlanları – Ayaz və Həsənin, həmçinin əri Samirin narkotik maddə istifadəçisi olmaları, onların təzyiq və təhqirləri ilə bağlı olub. Buna dözməyən qadın ailəsindən ayrılaraq başqa evdə tək yaşayıb.
Ayazın iddiasına görə, anasının öz ailəsinə qarşı bir qadın kimi lazımi diqqət və qayğı göstərməməsini qəbul etməyib, bu səbəbdən qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.
Bu məqsədlə Ayaz anasının Saray qəsəbəsində yaşadığı fərdi evə gedib və mübahisə edib. Daha sonra onu öldürmək niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürüb və yataq otağına keçib. Burada qadına bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 13 bıçaq xəsarəti yetirib.
Könül yaralı halda oğlunun əlindən qurtularaq qaçıb, ona vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.
Ayazın barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, anasının tək yaşamasını istəməyib:
"Hadisə günü etdiyim hərəkətlərim özümdən asılı olmayıb. Yas mərasimində idim. Anamın övladlarını başqa birinə dəyişdiyi yadıma düşdü. Onun yaşadığı evə getdim və bu hadisə baş verdi".
Ayaz qeyd edib ki, anasını vurarkən onu öldürmək fikri olmayıb və hərəkətləri qeyri-ixtiyari baş verib:
"Narkotik vasitə istifadə etməmişəm. Atamın narkotik istifadə edib-etmədiyini bilmirəm. Onun məhkumluğu olub, qardaşımın olmayıb. Anam ilə atamın münasibəti haqqında danışa bilmərəm. Mənim onu öldürmək fikrim yox idi. Hadisəni törətdikdən sonra Corata getdim. Atama baş verənləri danışdım. O, məni polis bölməsinə apardı. Anamı vurandan sonra şokda idim".
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, anası təqribən bir ildən çoxdur onlardan ayrı, tək yaşayır:
"Həmin ev anama atasından qalıb. Mən isə atam Samir və qardaşım Həsən ilə birlikdə yaşamışam. Hələ anam atam ilə münasibətləri soyuyaraq evdən getməmişdən əvvəl onun mənə və ümumilikdə ailə üzvlərimizə qarşı soyuq davranmağa başladığını hiss etmişəm. Lakin anamın nəyə görə belə davrandığını başa düşmədim. Bir dəfə anamın yanında olanda kiminləsə mesajlaşdığını hiss etdim. Qəfildən telefonun ekranına baxdım və anamın kiməsə "məni alarsan?" məzmunlu mesaj yazdığını gördüm".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra anasının başqa biri ilə danışdığını başa düşüb:
"Buna görə anamla mübahisə etsəm də, o, heç nəyi boynuna almadı. Həmin gündən anamın nəyə görə evdən soyuduğunu başa düşdüm. Anam da evə soyuduğu üçün atam ilə mübahisələri hər gün daha da çoxaldı. Bu mübahisələrin birindən sonra anam evdən şəxsi əşyalarını götürərək atasından qalma Saray qəsəbəsində yerləşən evə köçdü, orada yaşamağa başladı. Onun nə vaxtsa səhv yolda olduğunu başa düşərək evinə geri qayıdacağını düşündüm. Hətta elə oldu ki, bir ay anam ilə bir yerdə Saray qəsəbəsində yaşadım və çalışdım ki, ona özümü sevdirim, anam əvvəlki həyatına qayıtsın. Lakin bu cəhdlərim müsbət nəticə vermədi. Anam ilə bir yerdə yaşadığım zaman evdən pivə şüşəsi də tapdım. Anama şüşə butulkasının evdə nə işi olduğunu soruşdum. Bu zaman anam sakit dayandı, cavab vermədi. Anamla bir yerdə yaşamaqla ona ailə sevgisini qaytara bilməyəcəyimi başa düşdüm. Ona görə də Sumqayıta qayıdıb atam və qardaşımla bir yerdə yaşamağa davam etdim. Lakin anamın bizə qarşı anidən soyuması və laqeydliyi ağlımdan çıxmadı. Onu öldürməyi və bu məsələyə son qoymağı düşündüm"…
Müttəhim deyib ki, hadisəni törətdiyi zaman qadın qışqıraraq kömək istəyib:
"Anamın qışqırıq səsi məni qəflətən ayıltdı və əlimi saxladım. Neçə dəfə xəsarət yetirdiyimi xatırlamıram".
İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, oğulları da, yoldaşı da narkotik istifadəçisidir:
"Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Həsən əsgərliyə gedəndən sonra onun qollarını kəsdiyi ilə bağlı xəbər gəldi. Ayaz əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçması xəbərini öyrədim. Onun ordudan qaçmasının qarşısını aldım və qardaşımla birgə hərbi hissəyə qaytardıq.
Yolda Ayaz qardaşıma narkotik çəkməsini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, oğlanlarımın da narkotik istifadəçisi olduğunu bilirdim. Yoldaşım evə dəfələrlə narkomanları gətirib. Oğullarım narkomanlarla məni evdə tək qoyurdular".
Zərərçəkmiş isə ifadəsində deyib ki, o, bıçaqlandıqdan sonra digər oğlu Həsən üç dəfə tutulub, həyat yoldaşının da narkotikə görə məhkumluğu olub:
"Mən bütün bunlara nə qədər dözməli idim?! Evdə sadəcə mən işləyirdim. Günü 12 manata işləməyimə baxmayaraq evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Evə gec saatlarda gələndə ərim narkotik vasitə istifadə etmək üçün məni çölə çıxarırdı. Evə internet çəkdirmək üçün bir nəfər şəxs ilə telefonumda danışan zaman ərim məni döydü. Qeyd etdiyim bütün bu məsələlərə görə mən evi tərk etdim. Başqa evdə yaşasam da Ayaz yanıma gəlib-gedirdi. Ad günü münasibətilə ona telefon almağımı istəmişdi. Həmin telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim. Bir nəfər tanışım mənə Ayazın mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat verdi".
Könülün sözlərinə görə, hadisə günü başı ağrıdığından və yaxınının yası olduğundan işə getməyib:
"Ayazda da evin açarı var idi. İçəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan aldığım telefonu niyə satdığını soruşdum. O isə "başımı xarab eləmə, əcəb etmişəm" dedi. Mən isə onu söydüm. Dedi ki, onsuzda səni qanına qəltan etməyə gəlmişəm. Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Ayaz içəri girdi, nalayiq söz işlədərək məni bıçaqla vurdu. Qışqıraraq kömək istəyirdim. Ayaz isə bıçaq zərbələrinə davam edirdi. Daha sonra çölə qaçdım. Küçədə olan insanların üstünə qaçaraq kömək istədim. Daha sonra Vüsal adlı şəxs mənə kömək etdi. Bibimə zəng vurdum və "ölürəm, kömək edin" dedim. Sonra baş verənləri huşum itdiyinə görə xatırlamıram".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 10 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. APA-ya istinadən bildirir ki, "VAZ 2107 ilə "Mercedes" markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov

Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb. Belə ki, sürücü Nicat Məhərrəmov idarə etdiyi BMW markalı avtomobillə həmi

Gecə 3-də meyiti tapıldı

Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb. xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətind

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Dəhşətli cinayətin ŞOK DETALLARI

Naxçıvan Ali Məhkəməsində 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir. KONKRET. -a istinadən xəbər verir ki, onlar Naxçıvan Ağır Cinayətlə

İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub

İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən -a verilə

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - FOTOLAR

Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkar edib. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb. DVX-nin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil v

Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" il

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə şəhərin M. S. Ordubadi küçəsində qeydə alınıb. Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxa

Qaxda güclü külək bu xidmətləri iflic etdi

Güclü külək Qax rayonunda bir sıra fəsadlara yol açıb. xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq, Qax, Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Rayonların ərazisində fasilələrl


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 qarabag axsam az xeberler en son xəbərlər bugün