Natiq Cəfərli AZAL-ı tənqid etdi, rəhbərlik görüşdü: 'Biletlər ucuzlaşır

Natiq Cəfərli AZAL-ı tənqid etdi, rəhbərlik görüşdü: 'Biletlər ucuzlaşırAZAL rəhbərliyi Natiq Cəfərlini aviaşirkəti tənqid etməsi ilə bağlı qəbul edib.
azxeber.com xəbər verir ki, bu barədə N.Cəfərli ozünün Facebook səhifəsində məlumat verib.
N.Cəfərli yazıb ki, görüşdə bu günə kimi AZAL-ın ünvanına səsləndirdiyi tənqidlər və bununla bağlı formalaşan ictimai rəy barədə S.Rzayevə məlumat verib:
"Bu gün AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevın dəvəti ilə ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim. Çox ətraflı və maraqlı müzakirəmiz oldu, haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi – məsələn, mənim də ən çox tənqid etdiyim məqamlardan biri regionlarda olan hava limanlarının boş qalması, AZAL-ın bu limanlardan effektiv istifadə etməməsidir ki, bu da AZAL-a əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni, bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır.
Ən vacib məsələ, qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi.
Bir sözlə, dövlət orqanlarının və şirkətlərinin tənqiqdi çıxışlara belə dəvətlərlə reaksiya verməsi pozitivdir, təqdir olunası məqamdır. Sonda Samir müəllim AZAL-da İctimai Şura yaradılacağını, bu qurumun AZAL-ın şəffaf işləməsinə, siyasətinə təsir edəcəyini də söylədi və məni də bu qurumun işində iştirak etməyə dəvət etdi. Mən öz adıma deyə bilərəm ki, cəmiyyət, ictimayyət üçün pozitiv dəyişikliklərə dəstək verməyə həmişə hazıram. Mərkəzi Bankdan sonra AZAL rəhbərinin də belə görüşlər keçirməsi yaxşıdır – təki bu müzakirələr ölkədə dəyişikliklərə, ciddi qərarlara səbəb olsun..."

Sosial       Tarix: 25 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xeberler son xeber az cəbhədən son xeber