Natiq Fərzəliyev: "Mükafatı hər il eyni adamlara verirlər

Natiq Fərzəliyev: Maraqlı obrazları ilə tamaşaçı rəğbəti qazanan aktyor Natiq Fərzəliyev giley-güzar edib.
Lent.az-a açıqlama verən aktyor 42 illik xidməti müqabilində bu günə qədər heç bir fəxri ad almamasından, adının prezident mükafatçıları siyahısına salınmamasından şikayətçidir.
"Nə fəxri adım, nə evim var. Yetiməm ona görə? Ağlamayana süd vermirlər. Gərək elə hamımız ağlayaq, səsimizi eşitsinlər. Hər il Prezident mükafatını eyni adamlara verirlər.
Bu mükafatı aktyorların maddi vəziyyətinə kömək etmək üçün təsis ediblər. Hər il may ayında  verilir, mükafat alan aktyor maaşından əlavə ilboyu 500 manat alır.
Təqdimatı teatrın direktoru Mədəniyyət Nazirliyinə göndərir. Ancaq hər il eyni adamlara verirlər, bir çox aktyorlar qalır kənarda. Heç kəs də dinmir.
Naxçıvan teatrında belə bir qayda var, aktyorların adı bu mükafatı almaq üçün sıra ilə təqdim olunur. Heç kəs də narazılıq etmir. Bakıda bir neçə nəfər var, siyahıda ancaq onların adı gedir. Hərdən bir-iki nəfərin adı dəyişir, vəssalam. Dünən gələn gənc aktyorlara verirlər, illərlə əmək vermiş aktyorlar yada düşmür. Bu, əlbəttə, narazılıq yaradır", - deyə aktyor bildirib.
O, həmçinin qeyd edib ki, 10 il öncə Əməkdar artist fəxri adı almaq üçün adı nazirliyə göndərilsə də, dəyişən heç nə yoxdur.
"Ölməsəm, qalsam, bəlkə gələn il yada düşərəm", - deyə Natiq Fərzəliyev qeyd edib. / azxeber.com

Sosial       Tarix: 08 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri hava proqnozu son xeberler bu gun son.xabar