Naxçıvanda tələbələrə magistraturaya qəbul imtahanında yenidən iştirak imkanı veriləcək?
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi iyunun 14-də təkrar keçiriləcək.
Bu imtahanda mayın 17-də keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar mayın 23-dək Dövlət İmtahan Mərkəzinin saytındakı keçid vasitəsilə imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər.
Bəs Naxçıvanda imtahan verən tələbələr yenidən magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak edə biləcəklərmi?
azxeber.com "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Naxçıvanda normal qaydada 2 dəfə - fevralın 15-də və mayın 17-də imtahan keçirildiyi bildirilib. İyunun 14-də keçiriləcək imtahanda bütün bakalavrların (mayda imtahan verməli olan) iştirakına icazə verilsə də, bu, məcburi xarakter daşımır. Bakalavrlar yalnız istədikləri təqdirdə iyunun 14-də olacaq imtahana yazıla bilərlər.
Qeyd edilib ki, Muxtar Respublika ərazisində keçirilən imtahana qatılan tələbələr istədikləri təqdirdə Bakıda yenidən imtahan verə bilərlər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?