Nazənin: Dəniz məndən iki qardaşımı alıb, ondan qorxuram
Müğənni Nazənin Salayeva illər öncə başına gələn hadisədən danışıb.
azxeber.com xəbər verir ki, o, ləğv olan konsertlərindən danışarkən göz yaşlarına hakim ola bilməyib.
"Rəngarəng" verilişində qonaq olan müğənni bu günə qədər konsert verməməsinin səbələrini belə izah edib:
"18 il bundan qabaq "Yaşıl teatr"da çox böyük bir konsertim olacaqdı. Bütün şəhərdə reklamlar yayımlanmışdı. Amma qismət olmadı, həmin günü qardaşımı itirdim və konsertlərim ləğv oldu. Bundan sonra da toy məclisimin olduğu günü anamı itirdim. Ev yiyəsinə yalvardım ki, gəlməyim, dedi yox, gəlməlisən! Ağlaya-ağlaya toya getdim. Allaha yalvarırdım ki, məndən "Ana muğamı"nı istəməsinlər. Gedib kənarda ağlayıb, sonra gəlib oxuyurdum. Heç vaxt ağlıma gəlməzdi ki, anamı, atamı, ard-arda dörd qardaşımı itirib yaşamağa davam edə bilərəm. Hətta iki qardaşım dənizdə boğulduğu üçün mənim dəniz fobiyam var. Dənizdən çox qorxuram, elə bilirəm hər an qardaşlarımın nəşi ordan çıxacaq. Bunlar dəhşətli şeylərdir".
Aysel
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu