Nazilə yeni gəlinindən danışdı: 'Barbi' gəlinciklərinə oxşayır
Şairə və qiraətçi Nazilə Səfərlinin subay oğlu Turanın gələcək həyat yoldaşı ona lüks markalı saat hədiyyə edib.
azxeber.com bizim media-ya istinadla xəbər verir ki, bu haqda Nazilə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
Yeni gəlinindən söz açan Səfərli bildirib ki, əsalətli və nəcib ailənin qızıdır və bahalı saatı ona Londondan gətirərək, hədiyyə edib: "Qolumu bəzəyən bu saatı mənə hazırda subay oğlum Turanın xanım dostu hədiyyə edib. Onlar dostluq edirlər. Oğlum nə deyirsə, mən də onunla razılaşıram. Qızı çox bəyənirəm. O, "Barbi" gəlinciklərinə oxşayır, əsalətli bir ailənin qızıdır. Onun kimliyi haqda hələ ki danışmaq istəmirəm. Birdən bu izdivac alınmaz, yəni camaatın qızıdır... Özü baxar, görər, sonra utanaram... Bu saatı Londondan özü gətirib. Amma saat qızıldan deyil. Qiyməti 1000 manatdan çoxdur. Markası bəllidir. Qızın kimliyi haqda nəsə desəm onda hamı biləcək. Zənginliyi bir yana çox ziyalı, əsalətli və mərifətli bir ailənin qızıdır. Elçilik olanda hamı biləcək. Bir şirin çay içən kimi, sosial şəbəkə hesabında paylaşacam (gülür). Bu saat mənim doğum günümün hədiyyəsidir".
Qeyd edək ki, Nazilə Səfərlinin Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub.
Cütlüyün bu ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və beləcə Nazilə ilk dəfə nənə olub. Bu şərəfə isə şairə nəvəsi üçün dəvə qurbanı kəsərək, gündəmə səs salıb.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu