Nazir: "Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistana ziyandır
"Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistanın özünə ziyandır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 30 il davam edən münaqişə heç kimə, o cümlədən Ermənistanın özünə də xeyir gətirmədi.
O bildirib ki, Ermənistan inkişaf etmək üçün praqmatik addımlar atmalıdır.
Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə münasibət bildirən XİN başçısı hər iki tərəfin öz təkliflərini irəli sürməsinin tamamilə təbii hal olduğunu söyləyib.
"Onlar müzakirə olunmalıdır. Tərəflər görüntü üçün təkliflər irəli sürməməli, öz təkliflərinizə əməl etməlidir. Belə ki, bu yaxınlarda Ermənistan təkliflərini irəli sürdü, amma ertəsi gün birgə iclasda iştirakdan imtina etdi. Heç bir tərəf heç vaxt bütün təkliflərinin qeyd-şərtsiz qəbul edəcəyini gözləmir. Ermənistan daim sırf auditoriya üçün səs-küylü bəyanatlar verir və real addımlar atmır", - C.Bayramov vurğulayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO