Nazirlik: "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb"

Nazirlik: Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı ölkə başçısının imzaladığı fərmanla yeni mexanizmlər hazırlanıb.
KONKRET.az xəbər verir ki, bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O qeyd edib ki, bu mexanizmə əsasən ilk növbədə dövlət dəstəyi ilə müasir, daha yüksək məhsuldarlığa imkan verən texnologiyalar, xüsusilə pilot suvarma sistemləri texnologiyaları təşkil olunacaq
"Suvarma sistemlərinin 40 %-i dövlət tərəfindən subsidiyalaşdırılacaq. Həmçinin, yerdə qalan vəsait güzəştli kreditlərlə təmin olunacaq. Bununla da 55-65 sentner səviyyəsində məhsuldarlıq əldə edən təsərrüfatların, sahələrin xüsusi çəkisi genişlənmiş olacaq. Eyni zamanda, pilot suvarma texnologiyalarını tətbiq edən təsərrüfatlar tərəfindən istehsal olunan ərzaqlıq buğdaya görə 2023-cü ildən məhsul subsidiyası da ayrılacaq. Söhbət bu payız əkiləcək taxıllardan gedir. Yəni subsidiyalar həm texnologiyalara, həm də məhsula görə ayrılacaq. Bu təşviq mexanizmləri ərzaqlıq buğda istehsalının artımı baxımından olduqca ciddidir".
Nazirlik: F.Fikrətzadə onu da əlavə edib ki, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızın tədricən təsərrüfat dövriyyəsinə cəlb olunması hesabına həmin ərazilərdə də taxıl istehsalının artımına nail olunacaq.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 % idi:
"Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 % səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.
Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.
İl ərzində ölkənin kartof toxumuna tələbatı isə 168,3 min ton təşkil edib. Bunun cüzi hissəsi yerli istehsal, 32,1 min tonu idxal hesabına ödənilib. Son nəticədə 136,2 min ton toxuma əlavə ehtiyac yaranıb.
Xatırladaq ki, ənənəvi olaraq Azərbaycanda hər il 550-600 min hektar ərazidə buğda əkilir. Bu gün ərzaqlıq buğda ilə təminetmə əmsalı 25 % təşkil edir.

Sosial       Tarix: 13 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda xəbər az hava cəbhədən son görüntülər