Nazirlikdən ixtisarlarla bağlı xəbərlərə münasibət
Sahibkarlığın İnkişafı Fondu" (SİF) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) əməkdaşları ixtisara salınmır və onlar fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" (SİF) publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) birləşmə formasında yenidən təşkili yolu ilə Nazirliyin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs (ABİF) yaradılıb:
"Fond SİF-in və AİŞ-in hüquqi varisidir, onların hüquq və öhdəlikləri, bütün əməkdaşları, həmçinin əmlakı Fonda keçir. SİF və AİŞ-in əməkdaşlarının heç biri ixtisara salınmır və fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər".
Qeyd edilib ki, ölkə Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanı ilə ABİF-in Nizamnaməsi təsdiq edilib və Fond dövlət qeydiyyatına alınıb. Aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə Fondun Müşahidə Şurası yaradılıb. Nazirlikdən bildirilib ki, hazırda ABİF-in fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görülür.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub