Nə baş verir? - Bakıda "zapravka"lar 50 litrdən artıq dizel satmır –Yanacağın qiyməti bahalaşacaq?

Nə baş verir? - Bakıda Bir müddət öncə Gəncə şəhərindən redaksiyamıza müraciət edən yük avtomobilinin sürücüləri yanacaqdoldurma məntəqələri tərəfindən 1 tondan artıq dizel yanacağının satılmadığı haqda iddialar səsləndirirdilər. Həmin vaxt "Azpetrol"la əlaqə saxlayaraq səsləndirilən iddialara münasibət öyrəndikdə, şirkət rəsmiləri belə bir qıtlığın yaradılmadığını açıqladılar. İndi isə həmin hal Bakıda yaşanır. Belə ki, redaksiyamıza müraciət ünvanlayan sürücülər yanacaqdoldurma məntəqələrinin 50 litrdən artıq dizel satmadığını bildiriblər. Bu cür halların bir neçə dəfə təkrarlanması insanlarda dizel yanacağının bahalaşacağı ilə bağlı fikirlərin yaranmasına səbəb olur. Mövzunun aktuallığını nəzərə alaraq iqtisadçı-ekspert Pərviz Heydarovdan sözügedən yanacağın bahalaşma ehtimalının olub-olmaması ilə bağlı fikirlərini öyrəndik.  
KONKRET.az-a açıqlama verən iqtisadçı bildirdi ki, Bakı Neft Emalı Zavodunda rekonstruksiya (yenidənqurma) işləri aparılır: "Bildiyiniz kimi Azərbaycanda i95 və i98 oktanlı benzin istehsal edilmir və xaricdən gətirilir. Lakin ölkədə dizel ve i92 yanacağı istehsal olunur. Hazırda bizdə istehsal olunan benzin keyfiyyət baxımından Avro-3 standartına belə cavab vermir.  Ona görə də, indi Avro-5 istehsal etmək istəyirlər. Təsəvvür edin ki, Avropada Avro-6 istehsal olunur, amma biz hələ Avro-5 standartlarına keçiddən danışırıq".
Nə baş verir? - Bakıda İqtisadçının sözlərinə görə, hazırda rekonstruksiya işlərinin elə mərhələsidir ki, təxminən 2 aya yaxındır dizel ve i92 yanacağının da istehsalı dayanıb: "Hələlik anbarlarda olan yanacaq ehtiyatı ilə tələbatı ödəyə bilirik. Hətta bu yanacaq növlərinə tətbiq olunan rüsumlar yığışdırıldı ki, ehtiyac yarandığı təqdirdə i92 markalı benzini də müvəqqəti olaraq xaricdən gətirək. Görünür artıq anbarlardakı yanacaq tükənmək üzrədir deyə bu cür hal yaşanır. Üstəlik hazırda taxıl biçini mövsümüdür və bildiyiniz kimi kənt təsərrüfatı texnikaları dizel yanacağı ilə işləyir. Bu isə dizelə olan tələbatı daha da artırıb. Sözügedən səbəbdən də çatışmazlığın yaranması mümükün ola bilər. Əgər daxili tələbatı ödəməkdə çətinlik yaransa, o zaman dövlət hər cür güzəştlər tətbiq etməlidir ki, dizel yanacağının qiyməti artmasın. Rüsumların ləğvi qiymət artımının qarşısını alacaq. Amma sözügedən yanacağın qiymətinin bahalaşması da gözləniləndir".
Müşviq Tofiqoğlu,
KONKRET.az  

Sosial       Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler kriminal xeberler xəbərlər cəbhədən son xəbərlər 2026