Neft 100 dollar olacaq

Neft 100 dollar olacaqYaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarlarında neftin qiyməti kəskin yüksəlib.
KONKRET.az xəbər verir ki, bazar günü birjadankənar əməliyyatlarda "Brent" markalı xam neftin qiyməti təxminən 10 faiz artaraq 1 barel üçün 80 dollara çatıb. Analitiklər isə qiymətlərin 100 dollar həddinə qədər yüksələ biləcəyini istisna etmirlər.
Qlobal etalon sayılan "Brent" nefti artıq cümə günü 73 dollara qədər bahalaşaraq ötən ilin iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlmişdi. Həftəsonu isə regionda baş verən hərbi hadisələr və mümkün eskalasiya riskləri bazarda əlavə təşviş yaradıb. Fyüçers ticarəti həftəsonu bağlı olduğundan real təsir bazar ertəsi açılışda daha aydın görünəcək.
ICIS şirkətinin enerji və emal üzrə direktoru Ajoy Parmarın sözlərinə görə, hərbi hücumlar qiymətlər üçün dəstək amilidir, lakin əsas risk Hörmüz boğazının bağlanması ehtimalıdır. Tehran tərəfindən gəmilərə xəbərdarlıq edildikdən sonra bir çox tanker operatorları, iri neft şirkətləri və treyderlər xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz daşımalarını dayandırıblar.
Qeyd edək ki, dünya üzrə neft tədarükünün 20 faizdən çoxu məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu marşrutun uzunmüddətli bağlanması qlobal enerji bazarında ciddi çatışmazlıq yarada bilər.
RBC bankının analitiki Helima Kroft və Barclays ekspertləri də neftin qiymətinin 100 dolları ötə biləcəyini bildiriblər. Analitiklərin fikrincə, əgər boğazda fasilə uzun çəkərsə, bazar ertəsi ticarətin açılışında qiymətlər 100 dollara yaxınlaşa və hətta bu həddi aşa bilər.(bizim.media)

İdman       Tarix: 02 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi cəbhədən ən son xəbər valyuta şou biznes xəbərləri