"Neftçi" həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı
"Neftçi" ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, açıqlamada klub tərəfindən tərəfdarlarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:
"Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Neftçi" – "Qarabağ" matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə "Neftçi" klubunun İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı "Neftçi" heç bir şikayət bildirməyib. Hüquq- mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib".
Qeyd edək ki, "Neftçi" bazasına gələrək etiraz edən Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir