"Neftçi" "Qalatasaray"ın bu futbolçusunu alır
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Olimpiu Morutan "Neftçi"yə keçməyə yaxındır.
KONKRET.az xəbər verir ki, bu iddia ilə İtaliyanın "Tuttomercatoweb" saytı çıxış edib.
Bildirilib ki, ötən mövsümü icarə əsasında "Piza"da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi "Bari", "Palermo", "Sampdoriya" kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina edib. "Neftçi"nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.
Morutanı birillik icarəyə götürmək variantını nəzərdən keçirən "Neftçi"nin hazırda "Qalatasaray" rəhbərliyi ilə danışıq apardığı vurğulanıb. Keçidin tezliklə reallaşması gözlənilir.
Qeyd edək ki, "Qalatasaray"la müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Olimpiu Morutanın transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi