"Neftçi" "Turan Tovuz"u qəbul edəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün IX turun daha iki oyunu keçiriləcək.
KONKRET.az xəbər verir ki, qarşılaşmalar paytaxtda baş tutacaq.
İlk matçda "Səbail" "Sumqayıt"ı qəbul edəcək. "Dənizçilər" 5 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi 4 xalla 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bunların 9-da qonaqlar, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də Sumqayıt klubu üstündür – 23:14.
İkinci görüşdə çempionluğa iddialı "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. "Ağ-qaralar" 18 xalla 3-cü, bölgə təmsilçisi 10 xalla 6-cı sıradadır. Qonaqlar rəqibinə nisbətən bir oyun az keçirib.
Tərəflər indiyədək Premyer Liqada qarşılaşmayıblar.
Azərbaycan Premyer Liqası, IX tur
8 oktyabr (şənbə)
17:00. "Səbail" – "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
"ASCO Arena"
19:30. "Neftçi" – "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
"Bakcell Arena"
Qeyd edək ki, IX turun açılış matçında "Zirə" evdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" – "Kəpəz" və "Qəbələ" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib