Neftdən gələn milyardlar arta bilər? İqtisadçı real mənzərəni açıqladı

Neftdən gələn milyardlar arta bilər? İqtisadçı real mənzərəni açıqladıABŞ-ın İran ərazisinə endirdiyi zərbələrdən sonra dünya bazarında neftin qiymətində müşahidə edilən artım enerji bazarlarında yeni risklərin müzakirəsinə səbəb olub. Bu vəziyyət Azərbaycanın neft gəlirlərinə və iqtisadi göstəricilərinə necə təsir edə bilər? Qiymət artımı ölkə iqtisadiyyatı üçün ciddi əlavə gəlirlər vəd edirmi, yoxsa söhbət yalnız qısamüddətli bazar reaksiyasından gedir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qiymət dəyişikliklərini Azərbaycanın iqtisadiyyatı üçün əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirmək düzgün olmaz.
Neftdən gələn milyardlar arta bilər? İqtisadçı real mənzərəni açıqladıOnun sözlərinə görə, bazarda hələlik neftin qiymətində kəskin bahalaşma müşahidə edilmir:
"Bir günlük qiymət dəyişimi vəziyyəti izah etmir. Söhbət cəmi 2-3 dollarlıq artımdan gedir. Sabah qiymət yenidən aşağı düşə bilər. Buna görə də indiki artımı uzunmüddətli tendensiya kimi qəbul etmək doğru deyil".
İqtisadçı qeyd edib ki, neftin qiymətinin yüksəlməsi Azərbaycanın neft ixracından əldə etdiyi gəlirləri artırır və bu vəsait ilk növbədə Dövlət Neft Fonduna yönəldilir.
"Bu gəlirlər birbaşa büdcəyə daxil olmur. Onlar Dövlət Neft Fondunda toplanır və növbəti illərdə büdcəyə transfer edilir. Yəni təsir əsasən bu mexanizm vasitəsilə özünü göstərir.
Maliyyə Nazirliyinin hesablamalarına əsasən, neftin orta illik qiymətinin büdcədə nəzərdə tutulan göstəricidən hər 10 dollar yüksək olması Azərbaycana təxminən 2,2 milyard manat əlavə gəlir qazandıra bilər".
Onun sözlərinə görə, hazırkı qiymət artımı isə bu miqyasda əlavə gəlir formalaşdırmır:
"Azərbaycan gündəlik təxminən 500 min barel neft ixrac edir. Neftin qiyməti 2 dollar bahalaşarsa, bu, gündəlik təxminən 1 milyon dollar əlavə gəlir deməkdir. Bu isə kəskin gəlir artımı hesab oluna bilməz".
İqtisadçı vurğulayıb ki, neft bazarında qısamüddətli qiymət dəyişikliklərindən daha çox, qiymətlərin uzun müddət yüksək səviyyədə qalması Azərbaycanın neft gəlirlərinə və dövlət maliyyəsinə daha ciddi təsir göstərəcək.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 13 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun