Neftin qiyməti bir barel üçün 380 dollara yüksələcək – PROQNOZ

Neftin qiyməti bir barel üçün 380 dollara yüksələcək – PROQNOZABŞ-ın ən böyük banklarından biri olan "JP Morgan Chase"in analitikləri bildirirlər ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft hasilatını əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə neftin qiyməti bir barel üçün 380 dollara qədər yüksələ bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunur ki, Rusiya neftinin gündəlik tədarükünün sutkada 3 milyon barel azalması nəticəsində London birjasında yanacağın bir barelinin dəyəri 190 dollara çatacaq. Ən pis ssenaridə Rusiyanın tədarükünü gündə 5 milyon barel azaltması gözlənilir. Bu zaman neftin qiyməti 380 dollar/barelə çata bilər.
Bankın analitikləri hesab edirlər ki, Rusiya tərəfi neftinin qiymətinin ABŞ və Avropa İttifaqı tərəfindən məhdudlaşdırıldığı halda digər ölkələrdən fərqli olaraq belə bir addım ata bilər.
Almaniyada keçirilən G7 sammitinin yekunlarına görə qəbul edilmiş bəyanatda liderlər Rusiya neftinin qiymətinin məhdudlaşdırılması imkanını nəzərdən keçirəcəklərini vəd ediblər.
Roman Göytürk,
KONKRET.az
Neftin qiyməti bir barel üçün 380 dollara yüksələcək – PROQNOZ

Sosial       Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler kriminal xeberler xəbərlər cəbhədən son xəbərlər 2026