Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldıSon dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar tərtib edilir. Eyni zamanda, bu cür qanunsuz hərəkətləri sosial şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunurlar. Cari il ərzində Sumqayıt şəhərində bu istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Hadisə       Tarix: 23 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari