Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığımı və ya inancımı sorğulamağa haqqı yoxdur.
Paylaşımı bəyənmədiyi üçün mənə aid olmayan düşüncələri mənim adıma təqdim edən, tənqid həddini aşan təhqir və şəxsiyyət hüquqlarıma yönəlmiş hücumları qətiyyətlə rədd edirəm".
azxeber.com xəbər verir ki, bu sözləri Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə deyib.
Aktrisa sosial şəbəkə hesabında paylaşım edərək şəxsiyyətinə və inancına qarşı yönələn hücumlara münasibət bildirib, məsələ ilə bağlı hüquqi tədbirlərə başlanıldığını açıqlayıb:
"Bu proses çərçivəsində təhqir və şəxsiyyət hüquqlarının pozulması ehtimalı olan paylaşımlarla bağlı sübutlar toplanıb, bütün hüquqi və cinayət-hüquqi tədbirlərin görülməsi üçün vəkillərimə müraciət edilib. Məsul şəxslərlə bağlı qərarı Türkiyə məhkəməsi verəcək.
Bundan əlavə, bu prosesin sonunda əldə ediləcək vəsaiti və təyin olunacaq təzminatları uşaqların təhsilinə dəstək məqsədilə Darüşşafaka Cəmiyyətinə və Türk Təhsil Fondunun vəqfinə bağışlayacağımı ictimaiyyətə bildirirəm.
Kimliyim, inancım və dəyərlərim üzərindən aparılan heç bir hörmətsizləşdirmə cəhdinə boyun əyməyəcəyəm", – deyə Nəsrin Cavadzadə bildirib.
Qeyd edək ki, aktrisa daha əvvəl Azərbaycanda vahid məktəbli formasının tətbiqini dəstəklədiyini ifadə edib.
Qeyd edək ki, əslən Azərbaycandan olan aktrisa ölkədə tətbiq olunan vahid məktəbli geyimi ilə bağlı addımı alqışlamış və dəstək olmuşdu.
Fəridə Əsədzadə
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var