Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıbAzərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar nekroloq yayımlayıb.
azxeber.com xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino və teatr aktrisası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanova 2026-cı il noyabrın 25-də, 86 yaşında vəfat edib.
Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakı şəhərində anadan olub. 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsindən, 1969-cu ildə isə həmin institutun Rejissorluq fakültəsindən məzun olub. 1962–1997-ci illərdə bu ali təhsil ocağında pedaqoji fəaliyyət göstərib, gənc aktyor nəslinin yetişməsinə töhfə verib.
Uzun illər ərzində Azərbaycan kino sənətində özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən aktrisa bir sıra ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb. Onun xüsusilə "Səhər", "Qəm pəncərəsi", "Təhminə", "Fəryad" və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.
Sənətkarın radio və televiziya tamaşalarında oynadığı rollar da böyük maraqla qarşılanıb.
Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə "Əməkdar artist", 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin".

Şou Biznes       Tarix: 26 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu

Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum olub. Bu barədə -a mərhumun qızı Leyla Şabanova məlumat verib. O bildirib ki, Xalq artisti sabah Yasamal qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq. Qeyd edə

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı

ürkiyənin İstanbul şəhərində məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 24 şübhəlidən aralarında sənətçilər Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin də olduğu 10 nəfər məhkəməyə gətirilib. Prokurorluqd

Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası başlayıb. APA-ya istinadən xəbər verir ki, istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Saxlanılanla

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm


son xeberler azerbaycan xeberleri yeni xeberler maşın realiti şou xeber.az cəbhədən son xeber xəbər