Neurotime' şirkəti Azərbaycanda süni intellekt sahəsində mütəxəssislər yetişdirir

Neurotime' şirkəti Azərbaycanda süni intellekt sahəsində mütəxəssislər yetişdirir Azərbaycanda süni intellekt və avtomatlaşdırma sahəsində aparıcı şirkət olan Neurotime üç aylıq ödənişli təcrübə proqramının uğurla başa çatdığını elan edir. 
azxeber.com xəbər verir ki, proqramda iştirak etmək üçün müraciət edən 100-dən çox namizəd arasında 12 gənc seçilərək komandaya qoşulmaq imkanı qazandı. Həmin gənclər Pytorch, Tensorflow, Kaldi, Tacatron kimi müasir İT texnologiyalardan istifadə edilərək maşın öyrənməsi, dərin öyrənmə, data təhlili, proqram təminatı, təbii dilin emalı və nitq texnologiyaları sahələrində texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanından yararlanmaq fürsəti əldə etdilər. Təcrübə proqramının beş uğurlu iştirakçısı isə Neurotime şirkətində daimi iş yeri ilə təmin olunub və maşın öyrənmə mühəndisi kimi fəaliyyət göstərirlər. 
"Neurotime olaraq məqsədimiz Azərbaycanda yalnız süni intellekt sahəsində biznes həlləri təqdim etmək deyil. Şirkətimizin inkişaf planı və korporativ sosial məsuliyyət stategiyasına uyğun olaraq, müasir gənclər arasında süni intellektin öyrənilməsi, onların dinamik inkişafa uyğunlaşdırılması üçün imkanlar yaratmaqdır. Bu bizim ilk təcrübə proqramımız idi və gənclərdən aldığımız müsbət rəylərin nəticəsi olaraq belə  proqramları daim keçirməyi və gənclər arasında məşğulluq imkanlarını genişləndirməyi hədəfləyirik. 
Həmçinin qeyd etmək yerinə düşər ki, proqramda iştirak edən gənclərin böyük əksəriyyəti ADA Universitetinin tələbələridir. Bu isə universitetin innovativ təhsil yanaşması və yüksək texnologiyalar sahəsinə verdiyi tövhələrin nəticəsindən xəbər verir. Eləcə də, ADA Universitetinin məzunları Neurotime şirkətində hazırki proqramdan öncə də əməkdaş olaraq sıralarımıza qatılmışlar. Gələcəkdə də ADA Universiteti ilə sıx əməkdaşlıq edərək ixtisaslı kadrların işlə təmin edilməsi istiqamətində qarşılıqlı addımlar atacağımıza inanıram" - deyə Neurotime şirkətinin icraçı direktoru Vüqar Cavadov bildirib.
Neurotime mütəxəssisləri ilk karyera addımlarını atan gənclərin texniki bacarıqlarla yanaşı, vaxtın idarə edilməsi və prioritetlərin müəyyən edilməsi, komanda işi və ünsiyyət bacarıqları, liderlik keyfiyyətləri, korporativ davranış qaydaları kimi mühüm peşəkar bacarıqlarının inkişafına da dəstək olurlar. Bu yanaşma, şirkətin dəyərləri və innovativ iş mühiti ilə birləşərək təcrübəçilərə və yeni əməkdaşlara gələcək karyeraları üçün möhkəm təməl yaradır. 
Azərbaycanda süni intellekt texnologiyalarına əsaslanan biznes həllər təqdim edən Neurotime 2021-ci ilin oktyabr ayından fəaliyyət göstərir və müasir informasiya texnologiyalarına əsaslanan platformalar üzərindən onlayn media, tv və radio reklamlarının monitorinqini avtomatlaşdırır, həmçinin fərdiləşmiş çatbot xidmətlərini təklif edir. Şirkətin məqsədi müştərilərin rəqəmsal davranışlarının inkişaf etdirilməsi, o cümlədən bazar araşdırmaları sahəsində şəffaflığın və dəqiqliyin təmin edilməsidir. 

Sosial       Tarix: 06 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 xeber.az bu gun cebheden xeber son xeberler bugun 2026 canli