Nigar Fərhad haradadır?
Məşhur aparıcı Nigar Fərhadın rəhbərlik etdiyi xaricdə təhsil şirkəti ilə bağlı şikayətlər artır.
KONKRET.azxəbər verir ki, "AİD Group"un bir neçə gün əvvəl fəaliyyətini dayandırması şikayətçiləri daha da narahat edir.
Əsasən xaricdə təhsil üçün pul verən tələbə və valideynləri hazırda şirkətdən heç bir cavab ala bilmirlər. Onların sözlərinə görə, Nigar Fərhadla rəsmi müqavilə bağlayıb ödəniş etsələr də, indi nə onu tapa bilirlər, nə də şirkətdən kimsə bir söz deyir.
Daima sosial şəbəkələrdə aktiv olan aparıcı belə desək 15 gündür yoxa çıxıb. O, nə paylaşım edir, nə də baş verənlərlə bağlı açıqlama verir. Hətta bu gün onun ölkədən getdiyi ilə bağlı da iddialar səsləndirilib.
Fotoda Nigar Fərhad və anası
Qısa araşdırma nəticəsində öyrəndik ki, "AİD Group"un faktiki rəhbəri Nigar olsa da, direktoru və əsas məsul şəxs anası Arzu Əliyevadır. Bundan əlavə, Nigarın həyat yoldaşı da şirkətdə rəhbər heyətə daxildir. Şirkətin hazırda işləməməsinə səbəb isə haqqında hüquq-mühafizə orqanlarında araşdırma başlamasıdır. Məlumata görə daxil olmuş şikayətlər əsasında Nigar Fərhad və anası da dindirilib.
Məhz bundan sonra "AİD Group"un ofisləri bağlanıb, şirkətin müvəqqəti fəaliyyət göstərmədiyi açıqlanıb. Hazırda onlarla bağlı araşdırmalar davam edir.
"AİD Group"dan isə baş verənlərlə bağlı heç kim açıqlama vermir, Nigar və anasının da telefonlarına zəng çatmır. Şirkətin fəaliyyətində konkret olaraq hansı qanun pozuntularına yol verildiyi və vətəndaşlara dəyən ziyanın miqdarı ilə bağlı da hələlik məlumat verilməyib.qafqazinfo.az

Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA