Niyam Salaminin adı daha bir QALMAQALDA - Yarım milyon manat UDUZUB

Niyam Salaminin adı daha bir QALMAQALDA - Yarım milyon manat UDUZUBAdı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib.
KONKRET.az xəbər verir ki, N.Salami Tural Cəfərov adlı iş adamından şəxsi problemlərinin həlli və restoran biznesinin genişləndirilməsi məqsədilə 500 000 manat borc alıb. İş adamı ilə aralarında imzalanan müqaviləyə əsasən, Niyam Salami borcu hissə-hissə olmaq şərti ilə 24 ay ərzində 550 000 manat olaraq geri qaytarmağa razılaşıb.
Müqaviləyə görə, Salami iş adamına hər ay müəyyən məbləğ ödəməyi vəd edib. O, həmçinin, öhdəlik götürüb ki, hər hansı bir ayda 25 000-30 000 manat arasında ödəniş etməsə, bütün borcun dərhal tələb ediləcəyini qəbul edəcək və buna etiraz etməyəcək. Götürdüyü öhdəlikləri yerinə yetirməyən müğənni şəriki ilə məhkəmədə üz-üzə gəlməli olub. Qarşı tərəfin iddiasını 11 sentyabr 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi təmin edib və N.Salaminin keçmiş ortağına 500 000 manatı, eləcə də 790 manat dövlət rüsumunu ödəməsi barədə qərar çıxarıb.
Məlum olub ki, N.Salami məhkəmənin hökmü ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin vaxtı isə aparılacaq ekspertizadan sonra baş tutacaq. Çünki ilkin ifadəsində müqavilədəki xəttin ona məxsus olduğunu təsdiq edən müğənni, sonradan ifadəsini təkzib edib və xəttin ona məxsus olmadığını iddia edib. (Oxu.az)
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!

Hadisə       Tarix: 18 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler ən son xəbərlər bugün novruz bayramı son xeberler bugun 2026 canli