Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirirTürk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu dördüncü ildir Qələbə sevinci ilə qeyd edir.
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. "Novruz" – hərfi mənada "yeni gün" deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır.
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış dörd çərşənbə axşamını qeyd edilir. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi təntənə ilə qeyd olunur.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq ediblər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.
"Novruz" bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Ulu Öndər Heydər Əliyev Novruzu həm də milli birlik bayramı adlandırırdı: - "Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də, bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixində mart ayının 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Əkin işinə başlanılmalıdır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək" kampaniyası bu gün də davam etdirilir. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.
Bu bayrama ümumxalq ahəngini verən dahi siyasətçi, xalqının xilaskarı, dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev bayramlarda xalqla bir yerdə olub, görüşər və insanları səmimiyyətlə təbrik edib. Novruz bayramını xalqımızın tarixi bayramı kimi vurğulayan Ümummilli Lider bu hərəkəti ilə də Azərbaycan xalqının qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərirdi. "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm." – demişdi Ulu Öndər Heydər Əliyev. 
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Sevil Əliyeva
Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbin direktoru / azxeber.com

Sosial       Tarix: 18 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir

İtaliyanın ən zəngin və bahalı şəhərlərindən biri olan Milanda paradoksal vəziyyət yaranıb: insanlar işləyir, maaş alır, lakin ayın sonunda ən zəruri ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Hətta bəzi işləyən sakinlə

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Ət niyə bahalaşır?

Milli Məclisin deputatı Əli Məsimli bu gün keçirilən iclasda bildirib ki, bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq. O həmçinin qeyd edib ki, xaric

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər. xəbə

Hansı ölkədə təqaüdə çıxma daha sərfəlidir? - Reytinq

"Natixis Qlobal Təqaüd İndeksi" dünyada təqaüdə çıxmaq üçün ən əlverişli ölkələrin reytinqini bəyan edib. -a istinadla xəbər verir ki, 2026-cı il üzrə nəticələrə əsasən, Norveç təqaüdçülər üçün ən yaxşı ölkə seçilib

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber ən son xəbərlər bugün kriminal bugun cəbhədən son durum