"Nurlana kömək lazım olsa, arxasında olacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az həmin müsahibəni təqdim edir:
– Hər birinizə bir daha təşəkkür edirəm. Belə nominasiyalar olduqca daha da məsuliyyətli oluram. Bu il bəlkə də son müsahibəmdir. Qarşıdakı günlərdə çalışacağıq ki, gələn il üçün tam proqramımızı tutaq. Növbəti il daha da yaxşı uğurlar əldə etmək üçün ən yaxşısını etməyə çalışacağıq.
– Şahruddin Məhəmmədəliyev əməliyyat olunub və "Marsel"lə matçlarda iştirak etməyəcəyi məlumdur. Yeni qapıçı ilə razılaşmısız?
– Xeyr. Hələ axtarışdayıq. Belə tez qərar vermək bizim üçün çətindir. Amma işimizi maksimum sürətləndiririk. Çalışırıq ki, yaxın günlərdə hər hansı nəticə əldə edək.
– Rüstəm Əhmədzadənin transferi sırf sizin təşəbbüsünüz idi?
– Bəli, belə bir şey var idi. Milliyə cəlb olunandan sonra diqqətimi cəlb etmişdi. Millidəki oyunlarını izləyirdim. Böyük potensialı olduğunu gördüm və komandamıza dəvət etdim.
– Qışdan sonra Premyer Liqada VAR sistemi tətbiq olunacaq. Sizcə, bundan sonra hakimlərdən narazılıq azalacaq?
– Düzü bilmirəm. Hər halda bir faydası dəyəcək. Amma ola bilər ki, bəzi problemlər yenə olsun. Bunu gələcəkdə tam görəcəyik.
– "Qarabağ"a UEFA tərəfindən hər zaman haqsızlıq olub. Klubun sabiq mətbuat katibi Nurlan İbrahimov ömürlük futboldan uzaqlaşdırıldı. Bu məsələyə sizin münasibətiniz necədir?
– Bu barədə fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz üçün xoş deyil. Hər bir halda biz yaxşı düşünək. Çox istərdim ki, tezliklə bu məsələ bitsin və Nurlan İbrahimov sıralarımıza qayıtsın. Hər birimizin tanıdığı və hörmət etdiyi şəxslərdəndir.
– Nurlan İbrahimov bildirib ki, "Qarabağ"da Qurban Qurbanov və Asif Əsgərovdan başqa heç kim ona dəstək olmur. Sizin fikriniz necədir? Klub dəstək olsa, hər hansı bir köməyi dəyə bilər?
– Mən bu barədə oxumamışam. Bizim klub olaraq Nurlanla münasibətimiz heç də pis deyil. Hamı onunla əlaqədə olur. Söhbətin tam nədən getdiyini bilmirəm. Məncə klub heç nəyə "yox" deməz. Əgər Nurlana hər hansı kömək lazım olsa, klub olaraq həmişə arxasında olacağıq.

İdman       Tarix: 23 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag